Xəbər verdiyimiz kimi, ali məktəblərin magistratura pilləsinə proqram seçimi iyunun 12-də saat 24:00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, proqram seçimi üçün bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməli idilər.
Artıq TQDK 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi edən bakalavrların sayını açıqlayıb. Belə ki, magistraturaya qəbul olmaq istəyən və seçmə hüququ olan 8400 bakalavr öz proqramını təsdiq etdirib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 24-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB