Azərbaycan və Gürcüstan universiteti memorandum imzaladı

Bu gün Bakı Dövlət Universitetində Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, BDU tərəfindən Memorandumu rektor, akademik Abel Məhərrəmov, Gürcüstan tərəfindən isə Milli Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadze imzalayıblar. Bu əhəmiyyətli sənədə imza atan rektor Abel Məhərrəmov Memorandum çərçivəsində həyata keçiriləcək işlərin önəmindən danışıb.


İmzalanan Anlaşma Memorandumu bir sıra sahələrdə iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...