Qafqaz Universitetində əmək sərgisi keçiriləcək

Bütün sahələrdə baş verən sosial-iqtisadi inkişaf yeni müəssisələrin meydana gəlməsi

və müxtəif sektorlarda iş yerlərinin açılması ilə nəticələnir. SİA-nın xəbərinə görə, belə bir dinamikada səmərəli rol almaq üçün bütün imkanlarını səfərbər edən Qafqaz Universiteti iş dünyası ilə birgə çoxsahəli fəaliyyətlər həyata keçirməkdədir. Bu cür fəaliyyətlərdən biri də ənənəvi olaraq, hər il keçirilən əmək sərgiləridir.


İyunun 22-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universitetinin birgə təşkil edəcəyi "Karyerada İlk Addım" adlı əmək sərgisi dövlət və özəl sektora aid 100-dən çox təşkilatın iştirak edəcəyi gözlənilir. Bütün məzun və tələbələri "Karyerada İlk Addım" adlı əmək yarmarkasında iştirak etməyə dəvət edilib.


Xatırladaq ki, keçən tədris ilində keçirdiyimiz Əmək Sərgisində 100-dək şirkət

və müəssisə iştirak edib ki, həmin təşkilatlar ümumilikdə 700-dək vakant iş yerinə

namizədlər axtarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə