Ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi iyunun 12-si saat 24:00-da başa çatacaq. TQDK-dan SİA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar. Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Proqram seçib təsdiq etmiş bakalavrlar 2012-cu il iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün \"Bakalavrın imtahana buraxılış vərəqəsi\"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB