Ədliyyə Nazirliyi də imtahan keçirir

Bu gün Ədliyyə Nazirliyində vakant vəzifələrdə işləmək üçün qulluğa qəbulla bağlı müsabiqənin test imtahan mərhələsi keçirilib. SİA-nın xəbərinə görə, bütün namizədlər üçün müsabiqənin test imtahanı Azərbaycan Texniki Universitetində təşkil olunub.


İmtahan 3 saat müddətində davam edəcək. Namizədlərin hüquqi bilikləri, məntiqi nəticələr çıxarmaq qabiliyyətləri və ümumi dünyagörüşləri yoxlanılacaq. İmtahanında iştirak etmək üçün 338 nəfər sənəd verib, onlardan 25 faizi qadınlardır. İmtahanda iştirak edənlərin 85 faizini təşkil edən gənclərin 70 faizi bu günədək heç yerdə işləməyib.


Test imtahanından uğur qazanan və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən şəxslər ikinci mərhələyə – müsahibəyə buraxılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...