Əli Həsənov Qafqazda Universitetində Qarabağdan danışdı

Qafqaz Universitetində aylıq seminar keçirilib. Universitetin rektoru professor Ahmet Saniç kürsüdən seminar iştirakçılarını salamladıqdan sonra bildirib ki, universitetdə aylıq seminarlar artıq ənənə halını alıb. Hər ay universitet ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edirlər, tələbə və müəllimlərin suallarını cavablandırırlar. Budəfəki seminarın məruzəçisi Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov olub.


Məruzəçinin nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı\" olduğunu deyib. Sonra məruzəçi söz alaraq kürsüdən məruzə ilə çıxış edib. Məruzəsində Əli Həsənov qonşularımız

olan ermənilərin xalqımızın başına gətirdiyi hadisələrin xronologiyasından bəhs edib. Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar siyasətinə əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni, keçmiş İrəvan xanlığı ərazisində kiçik bir Ermənistan Respublikasını yaradıb, XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovuldu, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınıblar. Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən məcburi köç ediblər.


Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə