Beynəlxalq konfrans iştirakçıları BDU-da

Beynəlxalq konfrans iştirakçıları BDU-da

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında "Azərbaycan torpaqları: Genezis, Coğrafiya, Meliorasiya, Səmərəli istifadə və Ekologiya" mövzusunda keçirilən Beynəlxalq elmi konfransında iştirak edən xarici nümayəndələr Bakı Dövlət Universitetində olublar. BDU-dan SİA-ya verilən xəbərə görə, səfərin məqsədi Azərbaycan ali təhsil ocaqlarının flaqmanı Baku Dövlət Universiteti ilə tanışlıq olub. Qonaqlara Universitet haqqında prezentasiya təqdim olunub, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin tarixi, bugünkü uğurları ilə bağlı geniş məlumat verib.


Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzinə baş çəkiblər.


Qeyd etmək lazımdır ki, konfrans Azərbaycan torpaqşünaslıq elminin görkəmli nümayəndəsi, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Rzaqulu oğlu Abduyevin 85 illik yubileyinə həsr olunub. Konfrans 8-10 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının Bakı və Qəbələ şəhərlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə