Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe ilə görüşüb. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığından, tələbə-müəllim mübadiləsindən və yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Dostluq qrupunun sədri Abel Məhərrəmov əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Səfir Şusuke Vatanabe universitetdə yapon dilinin tədrisindən razı qaldığını və bu günlərdə həmin fənni tədris edən müəllimlərin mükafatladırılacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB