8 rayonda mərkəzləşdirilmiş buraxılış imtahanı keçirib

8 rayonda mərkəzləşdirilmiş buraxılış imtahanı keçirib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8 rayonda mərkəzləşdirilmiş buraxılış imtahanı keçirib. SİA-nın regional müxbirinin verdiyi xəbərə görə, Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI-IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Şamaxıda imtahan 2 saylı və 9 saylı orta məktəblərdə baş tutub. Hər bir rayon üzrə saat 10:00-da XI sinif şagirdləri, eyni zamanda 15:00-da IX sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər.

Məlumat üçün bildirək ki, ümumtəhsil müəssisələrin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 32 imtahan mərkəzi ayrılıb. Adı çəkilən rayonlar üzrə 10692 nəfər XI sinif , 17226 nəfər isə IX sinf şagirdinin bu imtahanda iştirakı gözlənilir.

Qeyd edək ki, imtahana gələn şagirdlərin yoxlanılması zamanı bir sıra əlavə vasitələr aşkarlanıb. Bundan əlavə şagirdlərdən çoxlu sayda siqaret və 2 ədəd cib bıçağı aşkarlanıb. TQDK-nın sədri Məleykə Abbaszadə bu halları qınayıb və bu cür xoşagəlməz halların yaşnmaması üçün valideynlərə səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə