TQDK-da yenilik

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının strukturuna dəyişiklik edilib. SİA-nın xəbərinə görə, \"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında\" Nazirlər Kabinetinin qərarında dəyişikliklər olub. Dəyişikliklərə əsasən, TQDK-nın regional bölmələrinin ştat vahidi 12 ştat vahidi artırılaraq 26-dan 38-ə çatdırılıb. Bundan əlavə, komissiyanın daha 3 region üzrə-Ağcabədi, Göyçay və Şirvan regional bölmələri yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə