Qaliblərin oyunu keçirildi

Rusiyanın Moskva şəhərində Ümumdünya "Qaliblərin oyunları" adlı III uşaq yarışları keçirilib. SİA-nın xəbərinə görə, bu unikal idman yarışları xərçəngə qalib gəlmiş uşaqlar üçün idman və həyatın parlaq bayramıdır. Oyunların əsas məqsədi uşaq onkologiyasına diqqət yönəltmək, xərçəngin müalicə olunmaması anlamını aradan götürmək və gənc qonaqlara bu unikal hadisənin iştirakçısı olmaq imkanını yaratmaqdır. "Qaliblərin oyunları" – xərçəng xəstəliyi keçirmiş uşaqlar üçün dünyada ən böyük yarışmalardan biridir. Artıq 3-cü ildir ki, bu yarışları Rusiyanın "Podari jizn" adlı xeyriyyə fondu tərəfindən təşkil edilir.

2012-ci ilin oyunlarında 7-16 yaş arasında olan 350-dən çox olan uşaq iştirak edib. Xəstəlik üzərində qələbəni bayram etməyə 12 ölkədən uşaqlar gəlib: Almaniyadan, Macarıstandan, Polşadan, Serbiyadan, Rumıniyadan, Fələstindən, Azərbaycandan, Ermənistandan, Ukraynadan, Belarusiyadan, Latviyadan və Rusiyadan. Yarış iştirakçılarının ayri-ayrı dillərdə danışmasına və müxtəlif mədəni irslərdə tərbiyə almalarına baxmayaraq, onları qələbə sevinci və ruh yüksəkliyi birləşdirir. Onların hər biri çətin və uzun sürən müalicə zamanı cəsarət və dözümlülük nümayiş etdiriblər. Həyatlarının hər günündə, hər yeni qələbə ilə onlar, xərçəngin hökm olmadığını təsdiqləyirlər.

"Podari jizn" fondunun təsisçilərindən Çulpan Xamatova deyib ki, qaliblərin oyunları sadəcə idman yarışları deyil: "Hər bir iştirakçı artıq həyatında əsas qələbəni xəstəlik üzərində qazanıb. Əlbəttə, bu qələbə asan qazanılmayıb. Amma bu qalibiyyət onları gələcəkdə də bğyük qələbələrə daşıyacaq".

"Podari jizn" fondunun təsisçilərindən Dina Korzun: "Bizim iştirakçılar – heyrətləndirici qüvvəyə malik olan insanlardır. Onlar çətin yollar keçərək, təhlükəli xəstəliklə mübarizəyə qatıldılar və qələbə qazandılar. Onların nümunəsi – bu gün müalicədə olanlar üçün böyük dəstəkdir. Bizim isə yaddaşımızda qalmalıdır: uşaq xərçəngi – müalicə olunur! "

2012-ci ilin oyunları Moskva şəhərinin Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət parkının idman meydançalarında keçirilib. 3 gün ərzində iştirakçılar idmanın 6 növü üzrə yarışdılar: stolüstü tennis, mini futbol, üzgüçülük, şaxmat, yüngül atletika və atıcılıq. Yarışlar müxtəlif fiziki hazırlıqda olan içtirakçılar üçün nəzərdə tutulub. Oyunların qonaqları ənənəvi olaraq kino və musiqi ulduzları olublar. Gənc qaliblərə mənəvi dəstək üçün dünya adlı idmançılar – Rusiyanın olimpiya və paraolimpiya çempionları gəliblər.

"Qaliblərin oyunları" yarışlarına uşaqlar valideynləri ilə birlikdə gəlirlər. Onlar həyat üçün birgə mübarizə aparıblar, indi isə idman nailiyyətlərinə sevinərək, köhnə dostları ilə görüşür və müxtəlif ölkələrdən təzə dostlarla tanış olurlar. Azərbaycan tərəfindən 4 uşaq və 3 valideyn "Qaliblərin oyunları" yarışlarında iştirak ediblər. Medallara təltif olunmasalar da 3 günü çox böyük sevinclə yaşayıblar, çoxlu hədiyyələrlə Vətənə qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə