X Beynəlxalq Türkçə Olimpiadasının mahnı finalının qaliblər məlum olub. SİA-nın xəbərinə görə, Türkiyənin paytaxtı İstanbulda "İnsanlıq əl-ələ" şüarı altında keçirilən olimpiada maraqlı anlarla yadda qalıb. Beynəlxalq Türk Dili Cəmiyyəti tərəfindən təşkil edilən türk dili olimpiadasında 135 ölkədən gələn məktəblilər türk dilində mahnılar ifa ediblər. X Beynəlxalq Türkçə Olimpiadanın final konsertini Türkiyənin tanımış simaları, dövlət rəsmiləri izləyib. Finalda İbrahim Tatlısəsin "Gülüm mənim" mahnısını ifa edən türkmənistanlı məktəbli Ruslan Annaməmmədova birinciliyi əldə edib. "Gönül yarası" adlı mahnını ifa edən Azərbaycan təmsilçisi Səma Sultanova yarışmanın ikincisi seçilib. S. Sultanovaya mükafatı "Kurtlar vadisi" serialının baş rolunun ifaçısı Necati Şaşmaz təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...