Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor universitet əməkdaşlarını təqdim edib.
Səməd Seyidov qonaqlara ADU-nun British Council və Böyük Britaniya universitetləri ilə əlaqələri haqda məlumat verib. O, Britaniya universitetləri ilə əlaqələrin həm universitet, həm də tələbələr üçün vacib olduğunu bildirib.
Azərbaycan Dillər Universitetinin Böyük Britaniya təhsil ocaqları ilə xüsusi əməkdaşlığı olduğunu deyən rektor Səməd Seyidov TEMPUS və TACİS proqramı çərçivəsində universitetləarası ikitərəfli əməkdaşlıqdan söz açıb. Böyük Britaniyanın Essex Universiteti ilə əməkdaşlığına toxunan Səməd Seyidov ADU tələbələrinin Azərbaycan təhsil sistemində ilk dəfə olaraq Böyük Britaniya universitetində təhsillərini davam etdirmək şansı qazandıqlarının və bu imkanın məhz Dillər Universitetində yaradıldığını önə çəkib. ADU-da Essex qrupunda tələbələrin xüsusi proqram üzrə təhsil aldıqlarını və ikili diplom alacaqlarını qonaqların diqqətinə çatdırıb.
Qonaqlar ADU-da olmaqdan məmnunluq ifadə etdilər və universitetin imkanlarından məmnun qaldıqlarını deyiblər. Nümayəndə heyəti görüşdən sonra ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB