Rezidenturaya qəbul imtahanlarının tarixi məlumdurmu?

Yaxın vaxtlarda rezidentura ilə bağlı qəbul proqramları ekspertlərlə dəqiqləşdirmələrdən sonra elan olunacaq. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Bu il rezidentura ilə əlaqədar qəbul proqramlarında dəyişikliklərin olacağını deyən TQDK sədri vurğulayıb ki, builki proqramlar daha təkmil olacaq. Onun sözlərinə görə, rezidenturaya qəbul imtahanlarının tarixi avqustun sonu, sentyabrın əvvəlində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə