\"İyunun 4-dən etibarən magistraturada proqram seçmək üçün elektron ərizə qəbulu başlayıb. Bu gün səhər saatlarına olan məlumata görə, 1407 ərizə təsdiq edilib\". SİA-nın xəbərinə görə, bu barədə bu gün gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib: "Birinci mərhələdən uğurla keçən bakalavrlar ayrılan müddət ərzində öz elektron ərizələrinə daxil olaraq müvafiq proqramı seçməlidirlər. Onlar öz elektron ərizələrini təsdiqlədikdən sonra bakalavrlara "İmtahana buraxılış vərəqələri" veriləcək. Təsdiqlənmə müddəti başa çatdıqdan sonra bakalavrlar onlara müəyyən köməklik göstərilməsi ilə bağlı TQDK-ya müraciət etsələr də bu müraciətlərə baxılmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB