Şikayətlər üçün appelyasiya komissiyaları yaradıldı

Şikayətlər üçün appelyasiya komissiyaları yaradıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2011-2012-ci tədris ili üçün orta ümumtəhsil məktəblərində buraxılış imtahanları ilə bağlı appelyasiya komissiyaları yaradılıb. SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu komissiyalar iyunun 30-dan iyulun 3-dək fəaliyyət göstərəcək. Appelyasiya Komissiyalarının işi başa çatdıqdan sonra buraxılış imtahanları ilə bağlı heç bir müraciətə baxılmayacaq. Appelyasiya komissiyaları Bakıda TQDK-nın inzibati binasında, digər şəhər və rayonlar üzrə komissiyanın regional bölmələrində təşkil olunacaq.

TQDK sədrinin sözlərinə görə, bu günlərdə ali məktəblərdə qəbul imtahanları keçirmək üçün TQDK-ya əlavə vəsait ayrılıb. Nazirlər Kabinetinin 4 iyul sərəncamına əsasən, ayrılan əlavə 3 milyon 600 min manat vəsait hesabına ali məktəblərə qəbul imtahanlarını təyin olunan vaxtda keçirmək mümkün olacaq: "TQDK-nın maddi-texniki bazasının yaxşılaşdırılması üçün də istifadə olunacaq. Təhsil Nazirliyi tərəfindən TQDK-ya təqdim olunan maddi-texniki baza buraxılış imtahanlarını keçirmək üçün kifayət etmirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə