Bölgələrdə buraxılış imtahanlarının vaxtı tezləşdirildi

Bölgələrdə buraxılış imtahanlarının vaxtı tezləşdirildi

Azərbaycanda orta ümumtəhsil məktəblərinin buraxılış imtahanı günlərində dəyişiklik edilib. SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda buraxılış imtahanları XI siniflər üçün iyunun 8-də saat 10.00-da, IX siniflər üçün saat 15.00-da keçiriləcək. Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda buraxılış imtahanları iyunun 13-də, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyunun 24-də, Lənkəran, Astara, Masalı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da keçiriləcək.

Qeyd edək ki, eksternat qaydada və səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər isə iyulun 4-də buraxılış imtahanı verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə