Buraxılış imtahanında iştirak edən şagirdlərin qiymət göstəriciləri açıqlanıb
İyunun 2-də keçirilən XI siniflərin buraxılış imtahanında iştirak edən 25204 nəfər şagirddən 278 nəfəri ana dilindən, 648 nəfəri riyaziyyat fənnindən "2" qiymət alıb. SİA-nın verdiyi xəbərə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak edən 4987 şagird ana dilindən, 4226 şagird isə riyaziyyat fənnindən "5" qiymət alıb. Ana dilindən 9999 şagird, riyaziyyatdan 10842 şagird "3", 9940 şagird ana dilindən, 9488 şagird riyaziyyatdan "4" qiymət alıb.
M. Abbaszadə həmçinin bildirib ki, iyunun 3-də keçirilən IX siniflərin buraxılış imtahanında iştirak edən 35026 şagirddən 1265 nəfəri ana dilindən, 2400 nəfəri riyaziyyat fənnindən "2" qiymət alıb. Şagirdlərin 5089 nəfəri ana dilindən, 4624 nəfəri riyaziyyatdan "5" qiymətinə cavab verib. İmtahanda iştirak edən 17202 şagird ana dilindən, 19436 nəfər riyaziyyatdan "3", 11470 şagird ana dilindən, 8566 şagird isə riyaziyyatdan "4" alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB