IX sinif şagirdlərinin nəticələri açıqlandı

IX sinif şagirdlərinin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 3-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, nəticələr iyunun 5-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Bu imtahanlarda iştirak edən hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. İyun ayının 3-də ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu belə təqdim olunur. 0-4 arası yazanlar "2", 5-14 arası yazanlar "3", 15-23 arası yazanlar "4", 23-30 arası yazanlar isə "5" qiyməti alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə