TQDK keçirilən buraxılış imtahanlarının nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, SİA-nın xəbərinə iyunun 5-də saat 14:20-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Bu imtahanlarda iştirak etdən hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagir kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 2-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Fənlər üzrə düzgün cavabların sayı Ana dili Riyaziyyat fənnindən 0-4 arası olanlar "2", 5-16 arası olanlar "3", 17-24 arası olanalr "4", 25-30 arası olanlar isə "5" balla qiymətləndirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...