Magistraturaya qəbul imtahanının ikinci mərhələsi üçün proqram seçimi başlanır

Bu gündən magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbər görə, bunun üçün bakalavrlar iyunun 4-dən 12-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Proqram seçib təsdiq edən bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballı şkalada qiymətləndirilir.

Qeyd edək ki, cari ildə magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 % artıb və 6107 olub. Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14% artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə