Sabah orta ümumtəhsil məktəblərində buraxılış imtahanı keçiriləcək

Sabah orta ümumtəhsil məktəblərində buraxılış imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta ümumtəhsil məktəbi şagirdləri üçün buraxılış imtahanları ilə bağlı hazırlıq işlərini başa çatdırıb. SİA-nın verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

Komitə sədrinin sözlərinə görə, mayın 28-dən başlayaraq mütəxəsislər sual kitabçaları üzərində işləyiblər. Bundan başqa Məleykə Abbaszadə valideynlərə xəbərdarlıq edib. Komissiya sədrinin sözlərinə görə, əksər valdeyinlər övladlarının imtahandan problemsiz keçməsi üçün məktəb direktorları və müvafiq ərazi təhsil şöbəsi müdürləri ilə sövdələşmələr aparırlar. Amma məsələyə reallıqla yanaşdıqda həmin vəzifə sahiblərinin imtahana heç bir müdaxilə imkanı yoxdur.

Məleykə Abbaszadə şagirdlərin imtahanda normal iştirakı üçün valdeyinlərinin onlara köməyinin zəruri olduğunu deyib. Çünki əksər vaxtlarda şagirdlər imtahanda iştirak zamanı stres keçirirlər. Nəticədə imtahan suallarının yazılmasında ciddi problem yaranır. Bundan başqa çox vaxt valdeyinlər şagirdlərə əlavə vəsaitlər verirlər ki, onlar imtahanda köçürsünlər. Bu yolla onlar şagirdləri ciddi problemlə üz-üzə qoya bilərlər.

İmtahan suallarına gəldikdə isə TQDK sədri qeyd edib ki, buraxılış imtahanları çox asandır. İlk 15 sualın asan olduğunu deyən xanım Abbaszadə sonrakı sualların orta səviyyəli olduğunu söyləyib. Qeyd edib ki, imtahandan nəticə əldə etmək üçün minimum 10-12 sual cavablandırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə