Zaqatala məktəbliləri buraxılış imtahanından azad edilib

Zaqatala rayonunda baş verən zəlzələ ilə bağlı evlərindən köçmüş və dərsləri dayandırılmış şagirdlər TQDK tərəfindən nəzərə alınıb. SİA-nın verdiyi məlumata görə, Məleykə Abbaszadənin deyib ki, Şimal-qərb rayonlarında baş verən təbii fəlakət nəticəsində məktəbə gedə bilməyən şagirdlər buraxılış imtahanlarından azad olunub.

Qeyd edək ki, bu qərar Zaqatlanın bütün ümumtəhsil məktəblərinə şamil olunur. Onların atestatındakı qiymətləndirmə illik göstəricilər əsasında olacaq. Bundan başqa Balakən rayonun Qarahacılı, Katex və Püştətala kənd məktəblərilərinin şagirdləri də imtahandan azad olunublar. Məleykə Abbaszadə Qax rayonun 9 kənd məktəbinə də bu qərarın şamil olunduğunu deyib. Bununla yanaşı səhhətində problem olan və olimpiyada da yüksək nəticə əldə edən məktəblilər də imtahandan azad olunublar.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə