Bu gün Azərbaycan Turizm İnstitutunda Keyfiyyət komissiyasının yaradılması məqsədilə geniş tərkibli iclas keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açdıqdan sonra ali təhsil ocağının həyatında daha bir ilk fəaliyyət mexanizminə imza atıldığını deyib. Keyfiyyət komissiyasının yaradılması zəruriliyini və yeni yaranacaq komissiyanın fəaliyyətində əsas göstərici bilinən ümumilikdə keyfiyyət əmsalının tələblərinə öz münasibətini açıqlayıb. İnstitut kollektivinin iştirakını şərtləndirən xüsusi təlimlərdə fəallıq amilinə aydınlıq gətirib.
İclas iştirakçıları tərəfindən Keyfiyyət komissiyasının fəaliyyəti ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Sonda qərara alınıb ki, 10 gün müddətində yeni yaranacaq keyfiyyət komissiyasının Əsasnaməsi yazılıb- hazırlansın və institut rəhbərliyinə təqdim olunsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB