Sumqayıt şəhərində ətraf rayonların iştirakı ilə mama-ginekologiyaya dair monitorinq keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, monitorinqlərdə Abşeron, Xızı, Siyəzən, Şabran rayonlarının mama-ginekoloqları iştirak edib.
Monitorinq Səhiyyə Nazirliyinin ET Mama-Ginekologiya İnstitutunun dəstəyi və köməyi ilə keçirilib. İnstitutun əməkdaşları tərəfindən 100-dək mama-ginekoloq və mamalar üçün dölün antenatal mühafizəsi və zahılıq qanaxmalarına dair seminar aparılıb və sonda monitorinq keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB