Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin 3-cü illik toplantısı keçiriləcək

Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin 3-cü illik toplantısı keçiriləcək

1-3 iyun tarixlərində Almaniyanın Bad Horn Maynberg şəhərində "Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin" (ATEİB) illik görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, 60-a yaxın həmvətənimizin qatılacağı bu görüşün birinci günü Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 94 illiyinə həsr ediləcək. Tədbirdə Azərbaycanın Almaniyadakı ikinci səfiri Dr. Rizvan Nəbiyevin çıxışı gözlənilir. Bundan əlavə, birliyin sədri Samir Quliyevin və digər bir neçə şəxsin nitqləri dinləniləcək.

Görüşün növbəti günündə tələbə və gənc alimlərin müxtəlif mövzularda məruzə ilə çıxışları dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Görüşün son günü isə sırf təşkilatla bağlı məsələlərə həsr ediləcək. Həmin gün təşkilatın idarə heyəti seçkiləri, gələcək planlar müzakirə ediləcəkdir.

Qeyd edək ki, "Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi" 2009-cu ildə Almaniyanın -Frayberq (Freiberg) şəhərində rəsmi qeydiyyatdan keşmişdir və hal-hazırda 65 üzvü var.

Bütün xəbərlər Facebook səhifəmizdə