TQDK təhsil şöbələrinə xəbərdarlıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti Qaydaları"nın 4.1. bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu bəndin tələblərini nəzərə alaraq, təhsil şöbələri "Şagird-məzun sistemi"ndə "İmtahana buraxılmır" kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları "İmtahana buraxılmır" kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidir.

Qeyri-kafi qiymətlərə görə "İmtahana buraxılmır" kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...