Mayın 27-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin müvafiq qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ayrı-ayrı şəhər və rayonlarda sınaq imtahanları keçirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, bu imtahanda iştirak etmək üçün 31 min 188 abituriyent qeydiyyatdan keçib.
TQDK tərəfindən aparılan sınaq imtahanlarının üstün cəhətlərindən biri də imtahan prosesinin müvafiq qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə bacarıqlarını inkişaf etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB