Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Əsas tibb xidmətləri paketinin Azərbaycanda mümkün olan həyata keçirilmə konsepsiyalarının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat beynəlxalq təşkilat Abt Associatsin layihə çərçivəsində baş tutub. Seminarda İSİM, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin icraçı bürosu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı, Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Abt Associatsin nümayəndələri də iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq seminarın əhəmiyyətini vurğulayıb. Daha sonra AbtAssociatesin eksperti Piter Köley çıxış edib. Seminarın məqsədi Əsas tibb xidmətləri paketinin konsepsiyasının formalaşmasını səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatlara daxil etməkdən ibarət idi. Seminar zamanı ekspert Əsas tibb xidmətləri paketinin üstünlüklərini, zəif tərəflərini xüsusilə qeyd edib. Daha sonra P.Köley həm nəzəri, həm də praktiki komponentlərə toxunub.
Sonda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB