Təhsil Şurasının toplantısı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsil Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində əsasən iki məsələ - buraxılış imtahanlarının keçirilməsi qaydalarındakı dəyişiklik və bu il aprelin 27 - də IV siniflərdə riyaziyyat fənnindən keçirilən test yoxlamasının nəticələri müzakirə edilib. SİA-nın xəbərinə görə, cari məsələlərin də müzakirə olunduğu iclasda birinci siniflərə şagird qəbulunun aparılması, məktəblərdə gedən təmir -tikinti işləri, Nizami, Nərimanov, Xətai və Suraxanı rayonlarının təhsil müəssisələrində aparılan monitorinqin nəticələri ilə bağlı məsələlərə toxunulub.



Bütün xəbərlər Facebook səhifəmizdə