Bakı Dövlət Universitetində görkəmli alim, əməkdar elm xadimi, professor Mirəli Axundovun anadan olmasının 110-cu ildönümü münasibətilə gənc alimlərin və tədqiqatçıların \"Müasir Biologiyanın innovasiya problemləri\" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. BDU-dan SİA-ya verilən xəbərə görə, konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Mirəli Axundovun həyat yolundan, böyük elmi məktəbin yaradıcısı kimi xidmətlərindən bəhs edib.
Sonra Biologiya fakültəsinin genetika və təkamül təlimi kafedrasının professoru, millət vəkili Kamilə Əliyeva və biologiya fakültəsinin dekanı, professor Akif Quliyev məruzə ilə çıxış ediblər. Konfrans işini \"Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya\", \"İnsan və heyvan fiziologiyası və genetika\", \"Botanika, mikrobiologiya və ekologiya\" bölmələrində davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB