Öz ölkəsinin – İordaniyanın timsalında turizmin inkişafına təkan verən amillər sırasında belə yanaşmanın müstəsna rol oynadığını xüsusi vurğulayıb. Turizmin gəzmək, əylənmək, sadəcə görmək prizmasından deyil, sivilizasiyaların qarşılıqlı inkişaf göstəricisi olduğunu bildirib. Qonaqpərvərliyin yeraltı təbii sərvətlərdən məhrum olan ölkələrin iqtisadi inkişafında, maliyyə resurslarının formalaşmasında və möhkəmlənməsində əhəmiyyətindən danışıb. Fərman Mehdizadə Hyatt oteldəki fəaliyyətində yalnız işləmək yox, öyrənmək, təcrübə qazanmaq tendensiyasının üstünlüklərini şərh edib.
Səbinə Hüseynova isə ATİ tələbələrinə maraqlı təkliflər edib. O, yay dövründə 3 aylıq iş, eyni zamanda Hyatt otelin Harvard Biznes Məktəbi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi liderlik və menecment kurslarından yararlanmağı məsləhət gördü, təlim və inkişaf proqramlarının ATİ tələbələri üçün faydalığına inandığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB