ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları ATİ-də

ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları ATİ-də
ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları - Mədəniyyət və Təhsil məsələləri üzrə müşaviri Kristofer Cons və təhsil üzrə mütəxəssis Sədaqət Davudova Azərbaycan Turizm İnstitunun qonağı olublar. ATİ-dan SİA-ya verilən xəbərə görə, qonaqlarla görüşdə institunun rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərov onun yarandığı gündən indiyə qədər əldə etdiyi uğurlar və fəaliyyəti haqqında qısa məlumat verib.


Rektor C.Cəfərov turizm sahəsində ali təhsilli kadrlarla yanaşı, son vaxtlar peşə təhsili sahəsində də kadr hazırlığına başlandığını qonaqların nəzərinə çatdırıb. Daha sonra ATİ ilə səfirlik arasında əməkdaşlıq məsələləri müzakirə edilib. K.Cons söhbət əsnasında xüsusi vurğulayıb ki, hər cümə günlərində Amerika səfirliyinin təşkilatçılığı ilə Amerkia mərkəzində keçirilən müxtəlif tədbirlərdə ATİ tələbələrinin xüsusi fəallığından çox razıdırlar.


Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, amerikalı ekspertlərin ATİ-də təlimlər təşkil etməsi, Amerikada təhsil sistemi haqqında tələbələrin məlumatlandırılması üçün vaxtaşırı təqdimatların keçirilməsi və s məsələlər barədə müzakirələr aparılıb. ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşları ATİ kollektivi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə