2012-2013-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas müəssisələrinə ərizə qəbulu başa çatıb. SİA-nın xəbərinə görə, Tələbə Qəbulun üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlardan iştirak etmək üçün 103 497 abituriyent elektron ərizəsini təsdiq etdirib. Belə ki, qəbul imtahanında iştirak etmək üçün I ixtisas qrupu üzrə 34659, II qrupda 23342, III qrupda 31661, IV qrupda isə 13835 abituriyent öz sənədlərini təsdiqləyib. Ayrılıqda I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 31324 Azərbaycan bölməsinin, 3335 rus bölməsinin, II ixtisas qrupu üzrə 20396 Azərbaycan bölməsinin, 2946 rus bölməsinin, III ixtisas qrupu üzrə 28622 Azərbaycan bölməsinin, 3039 rus bölməsinin, IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 12627 Azərbaycan bölməsinin, 1208 rus bölməsinin abituriyenti "Elektron ərizə"sini təsdiq etdirib. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərdən 16319 nəfəri Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçiblər.
TQDK sədri buraxılış imtahanları zamanı imtahan mərkəzlərindən kənarda yerləşən məktəblərin şagirdlərinin imtahana gətirilmə xərclərini açıqlayıb. M.Abbaszadə vurğulayıb ki, komissiya şagirdlərin buraxılış imtahanlarına gətirilməsi üçün kənd məktəblərinin rəhbərliyi ilə müqavilələr imzalayacaq.
"Azərbaycanda mövcud olan 4500 məktəbdən 2500-ü kənd məktəbidir. İmtahan mərkəzlərindən 5 km məsafədə yerləşən məktəblərin şagirdləri imtahana valideynləri ilə və ya özləri gələ bilərlər. 5 km-dən 30 km-ə qədər məsafədə yerləşən məktəblərdə hər 20 nəfər şagirdə 1 nəfər təhkim olunacaq və həmin şəxslə müqavilə bağlanaraq ona 42 manat yol pulu ödəniləcək. İmtahan mərkəzlərindən 30-50 km məsafədə yerləşən məktəblər üçün hər 20 şagirdə düşən məbləğ 73 manat, 50 km-dən uzaq məsafədə yerləşən məktəblər üçün isə 105 manat olacaq. Buraya onların nəqliyyat xərcləri daxil edilir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB