“Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” seçiləcək

“Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” seçiləcək

"Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqəsinin seçimləri artıq yekunlaşıb. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov deyib ki, nəticələr ümumiləşdirilərək yaxın zamanda prezident İlham Əliyevə təqdim olunacaq. Nazirin sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı sərəncamın olacağı nəzərdə tutulub.

"50 məktəb ilin ən yaxşı məktəbi, 100 müəllim isə ilin ən yaxşı müəllimi adına layiq görüləcək. Yekun nəticədə hər məktəb min manat, hər müəllim isə 500 manat məbləğində mükafatlandırılacaq", - deyə M.Mərdanov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə