Təhsil naziri Misir Mərdanov Litvaya rəsmi səfərə gedəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir bu gün Litvanın Azərbaycandakı səfiri Kestusis Kudzmanasla görüşüb. M.Mərdanov bildirib ki, iyunun 15-dən 22-dək planlaşdırılan səfər zamanı bir sıra məsələlər müzakirə olunacaq.
İki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən danışıb. O, tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını deyib və Litvanın peşə təhsili təcrübəsi ilə də maraqlanıb.
K. Kudzmanas Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB