Deputat BMT-nin iradını qəbul etmədi

Deputat BMT-nin iradını qəbul etmədi
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin bəzi iradlarını qəbul etməyib. SİA-nın xəbərinə görə, Azərbaycanda dövlət büdcəsindən təhsil sahəsinə ayırmalarla bağlı səsləndirilən iradı qəbul etməyən Ş.Hacıyev bildirib ki, Azərbaycanda uşaqların təhsilinə böyük diqqət yetirilir. Onun sözlərinə görə, Azərbaycanda dövlət büdcəsindən təhsilə ayırmalar hərbi sahədən sonra ikinci gəlir: "Ölkədə bu sahəyə ayrılan vəsait MDB-də ən yaxşı göstəricilərdən biridir. Son 8 ildə təhsilə ayrılan vəsait 300 milyondan 1,3 milyard manata qədər artırılıb. Azərbaycan bu sahədə MDB məkanında mühüm ölkələrdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə