Səhiyyə Nazirliyində Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Səhiyyə Nazirliyi ilə Rostrapoviç - Vişnevskaya Fondu tərəfindən Azərbaycanda həyata keçirilən "Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası" və "məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə" proqramları, rutin peyvənd proqramı çərçivəsində görülən işlər və gələcək perspektivlər müzakirə olunub.
Bildirilib ki, Fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəriciləri xeyli aşağı düşüb. Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Yelena Rostrapoviç hər zaman Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarına dəstək verməyə hazır olduqlarını bildirib.
Səfər zamanı nümayəndə heyəti bir sıra tibb müəssisələrində olacaqlar.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB