Tələbələrin problemləri ilə bağlı sorğu aparılıb

Tələbələrin problemləri ilə bağlı sorğu aparılıb

Azərbaycan Tələbələr Birliyi (ATB) hər zaman tələbələrin problemlərinin araşdırılmasında və mətbuatda geniş işıqlandırılmasına ciddi önəm verib. ATB-dən SİA-ya verilən xəbərə görə, bu məqsədlə müxtəlif sorğular, araşdırmalar aparılıb. ATB son olaraq öz facebook sosial şəbəkəsində olan səhifəsində tələbələr arasında sorğu edib. Sorğuda qoyulan sual "Azərbaycan Ali təhsil sistemində hansı problemi daha mühüm hesab edirsiz?" kimi olub. Bu suala 120-dən çox tələbə iştirak edib. Tələbələr həm sorğuda qoyulan suala cavab verib, həm də mövzu ətrafında fikirlərini bildiriblər.

Sorğunun nəticələrinə görə daha çox tələbə ali təhsil sistemimizdə ən böyük problem kimi praktikaya az yerin verilməsini göstəriblər. İkinci problem kimi təhsil sistemində olan korrupsiya faktlarını göstəriblər. Bundan sonrakı yerləri isə köhnə düşüncəli müəllimlərin çox olması, Universitetlərin Şirkətlərlə əməkdaşlığının zəif olması, Azərbaycanca kitabların olmaması, Universitetlərin infrastrukturunun zəif olması və s. kimi olub. ATB-nin keçirdiyi sorğunun əsas məqsədi tələbələrin ali təhsil problemləri ilə bağlı fikirllərini öyrənmək və bunları media vasitəsilə geniş ictimaiyyətə çatdırmaqdır. ATB bu problemlərlə bağlı yaxın gələcəkdə olan iş planına mümkün fəaliyyətləri də əlavə etməyi planlaşdırır. Bundan sonra da müxtəlif sorğuların edilməsi və bu sorğulardan çıxan nəticələr əsasında müvafiq strukturlar qarşısında məsələlərin qaldırılması planlaşdırılan fəaliyyətlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə