Ağdaş rayon Mərkəzi Xəstəxanasında hemodializ şöbəsi istifadəyə verilib
Ağdaş rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılan hemodializ şöbəsi istifadəyə verilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, 8 ədəd süniböyrək aparatı ilə təchiz olunan şöbə 50-yə yaxın xəstənin hemodializ seansları ilə təmin olunmasına imkan yaradacaq.
Artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB