Misir Mərdanov: \"Şəhər məktəblərdə mayın 21-dən 30-dək dərslər dayandırılacaq\" - MÖVQE

Misir Mərdanov: \"Şəhər məktəblərdə mayın 21-dən 30-dək dərslər dayandırılacaq\" - MÖVQE

"Bakının "Eurovision" yarışması keçirilən ərazilərində yerləşən 30 məktəbdə tədrisin bir həftə tez başa çatdırılması haqqında tapşırıq olub". SİA-nın xəbərinnə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir qeyd edib ki, bu barədə rəsmi əmr verilməyib:"Lakin bu barədə əvvəlcədən məktəblərə xəbərdarlıq etmişdik. Dərs proqramlarında sıxışdırma aparmışdıq ki, tədrisdə boşluq qalmasın. Bu işin həyata keçirilməsində heç bir ciddi problem yaranmayacaq. Buna əsasən Səbail və Nəsimi rayonlarında yerləşən məktəblər daxildir".


Nazirin sözlərinə görə, bu məktəblərdə mayın 21-dən 30-dək dərslər dayandırılacaq. Mayın 31-də isə hər il olduğu kimi bu il də son zəng tədbirləri keçiriləcək: "Əvvəlki illərdə olduğu kimi bu il də son zəng yalnız məktəb daxilində keçiriləcək. Bununla bağlı hələ ki, əmr yoxdur amma son zəng tədbirləri əvvəlki illərdə olduğu kimi təşkil olunacaq" deyə, nazir qeyd edib.


Bütün xəbərlər Facebook səhifəmizdə