Təhsil naziri: “Təbii fəlakət baş verən rayonlarda tədris dayandırılıb\" - AÇIQLAMA

"Zaqatala, Şəki və Balakəndə baş verən zəlzələ ilə bağlı əsasən köhnə məktəb binalarına ziyan dəyib". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsaən baş verən hadisə ilə bağlı FHN və müvafiq qurumlar araşdırma aparır: "Təbii fəlakət baş verən hər 3 rayonda ziyan dəyən bəzi məktəblərdə tədris artıq dayandırılıb. Həmin məktəblərin buraxılış siniflərinin şagirdləri də buraxılış imtahanlarından azad olunub".

Nazir həmçinin bildirib ki, Şəkidə zəlzələ yeni baş verib, amma buna baxmayaraq orada da bəzi məktəblərdə dərslər dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə