Rusiyanın ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il mayın 18 -də Rusiya Federasiyası ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün qəbul imtahanı keçirib.

SİA-nın verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 110 abituriyentdən 5 nəfəri imtahana gəlməyib.

Nəticələr həmin gün saat 20:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, II və IV ixtisas qruplarında 350 və daha yüksək, III ixtisas qrupunda isə 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar.

Müsahibə 2012-ci il mayın 19-da saat 10:00-da TQDK-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...