Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müşaviri Tİ-də qonaq olub

Bugün Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov ATİ-də qonaq olub. İnstitutdan SİA-ya verilən xəbərə görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov görüş zamanı qonağa institutun 6 illik fəaliyyəti haqqında müfəssəl məlumat verib.

Tələbələrlə görüşdə A.Valentinov Aİ-nin yaranması, birliyin xüsusiyyətləri, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli əlaqələr və perspektivlər haqqında təqdimat keçirib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Təmsilçisi olduğu təşkilat haqqında daha ətraflı məlumat məqsədilə kollektivə və tələbələrə broşürlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə