Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin ərizə qəbulu başa çatıb

2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu başa çatıb. SİA-nın xəbərinə görə, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 16-da saat 00:00-da başa çatıb. İlkin statistik məlumatlara əsasən 106130 abituriyent internetlə "Elektron ərizə "doldurub.

17 may saat 10:00-a olan məlumata əsasən, həmin abituriyentlərdən 101432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. Qeyd olunan müddətə qədər "Elektron ərizə" doldurub, lakin Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməyən abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 18 may saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə