Səhiyyə Nazirliyində "Ana və uşaq sağlamlığı: Nailiyyətlər və həllini gözləyən məsələlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbir Səhiyyə Nazirliyi və UNİCEF-in birgə həyata keçirdiyi "Ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş səhiyyə sisteminin gücləndirilməsi" proqramı çərçivəsində reallaşıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə görülən işlərin, əldə edilmiş nəticələrin və gələcək prioritetlərin müzakirəsinə həsr olunub.
Səhiyyə Nazirliyinin və UNİCEF-in nümayəndələrinin iştirakı ilə keçirilən "dəyirmi masa" da beynəlxalq diridoğulma meyarına keçid, neonatal və doğuşayardım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, uşaqlarda əlilliyin erkən aşkarlanması və erkən profilaktikası, anemiyanın profilaktikası və nəzarəti, uşaqların qidalanması məsələləri müzakirə edilib.Tədbirdə həmçinin Azərbaycan hökumətinin diqqət və qayğısı nəticəsində ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində əldə olunmuş uğurlardan danışılıb, ana və uşaq ölümü göstəricilərinin azalması və bu sahədə səylərin daha da gücləndirilməsi vurğulanıb.
Sonda "Ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş səhiyyə sisteminin gücləndirilməsi" proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib, gələcək məqsədlər ətrafında müzakirələr aparılıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB