Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin aprel ayı ərzində gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 88 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 27 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 35 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 1005, mikrobioloji göstəricilərinə görə 739, toksikoloji göstəricilərinə görə 160, radioloji göstəricilərinə görə 9 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub.
Şadlıq evlərindən 2807 yaxma nümunəsi, 30 soyuq qəlyanaltı nümunəsi götürülüb, nümunələrin 3-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkar edilib. Aprel ayı ərzində əhali arasında 102 qida zəhərlənməsi hadisəsi baş verib, 124 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB