Səhiyyə Nazirliyində BMT-nin xüsusi məruzəçisi ilə görüş keçirilib

Səhiyyə Nazirliyində BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə son illər ərzində ölkə səhiyyəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək perspektivləri müzakirə olunub.

Qonaqları maraqlandıran 3 əsas mövzu – səhiyyənin maliyyələşdirilməsi, ağ ciyər xəstəlikləri sahəsində görülən işlər və cəzaçəkmə müəssisələrində olan cəzaçəkənlərin hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumatlar verilib. Səfər çərçivəsində Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra tibb müəssisəsi ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə