Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

Bu gün Azərbaycanın ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun ilk mərhələsi olan sənəd qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan başlayıb və bu gün axşam saat 00:00-da başa çatacaq.

Bu gün saat 10:30-a kimi, I ixtisas qrupu üzrə 32460, II ixtisas qrupu üzrə 22281, III ixtisas qrupu üzrə 30261, IV ixtisas qrupu üzrə isə 13220 nəfər sənəd verib. Ali məktəblərə sənəd verən abituriyentlərdən 98222 nəfəri öz "Elektron ərizə"sini təsdiqləyib. Həmin abituriyentlərdən 87914 nəfəri Azərbaycan, 10308 nəfəri isə rus bölməsinin məzunudur.

Bu gündən abituriyentlər "Elektron ərizə"lərini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlətməyə başlayacaqlar. Ərizələrin təsdiqi mayın 18-də saat 17:00-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə