Geologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

Geologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun əməkdaşları Ukrayna Milli Elmlər Akademiyasında keçirilən "Geoinformatika: nəzəri və tətbiqi baxışlar" adlı XI Beynəlxalq konfransda iştirak edirlər. Geologiya İnstitutundan SİA-ya verilən xəbərə görə, konfransa tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və şöbənin aparıcı elmi işçisi Xanlar Ağayev qatılıb.

Geoloq və Mühəndislərin Avropa Assosiasiyası ilə Geoinformatika üzrə Ümumukrayna Assosiasiyası tərəfindən təşkil olunmuş tədbir mayın 14-də başlayıb və 17-ə qədər davam edəcək. Konfransda H.Quliyev "Aləmin əbədi dövran paradiqması və zaman anlayışı haqqında" adlı məruzə ilə çıxış edir. X.Ağayevin məruzəsi isə "Quyu geofiziki tədqiqatları və seysmokəşfiyyat məlumatlarının neyron şəbəkəsi ilə klaster təhlilinə görə mühitin elastiki xüsusiyyətlərinin proqnozu" adlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə